image-cimerlik_0256-2-768x403backend

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

İyunun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-şərq küləyi əsəcək, axşam saatlarında isə şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək.

Bununla yanaşı, Səhiyyə Nazirliyi bəzi çimərliklərdə dəniz suyunun keyfiyyəti ilə bağlı xəbərdarlıq edib. Nazirliyin açıqlamasına əsasən, aparılan laborator müayinələr zamanı bir sıra ərazilərdə su nümunələrinin sanitariya norma və qaydalarına cavab vermədiyi müəyyən olunub.

Monitorinqlər nəticəsində Bakı şəhərinin Türkan, Hövsan, Şıx və Sahil qəsəbələrində, eləcə də Lənkəranın Aşağı Nüvədi, Sütəmurdov, Kiçik Bazar yaşayış məntəqələrində və Xaçmazın Niyazoba ərazisində yerləşən çimərliklərdə dəniz suyunun çirkab və tullantı suları ilə çirkləndiyi aşkarlanıb.

Bu səbəbdən qeyd olunan ərazilərdə dəniz suyundan çimmək məqsədilə istifadəyə müvəqqəti məhdudiyyət tətbiq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki