Rusiya hərbçiləri son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin (USQ) istifadə etdiyi nəqliyyat və enerji infrastrukturu obyektlərinə zərbələr endiriblər.
İNFOAZ.MEDİA xəbər verirk ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının əməliyyat-taktiki aviasiyası, zərbə tipli pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriya bölmələri Ukrayna ordusunun istifadə etdiyi nəqliyyat və enerji infrastrukturu obyektlərini hədəfə alıb və onlara zərər yetirib.
Rauf
























