image-qna_ansary-qatar-fm-new-0250702023backend

Qətər “Məkkə Alyansı”na qoşula bilərmi? — XİN-dən açıqlama

Qətər Xarici İşlər Nazirliyi ölkənin “Məkkə Alyansı”na qoşulması ehtimalı ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirlik nümayəndəsi bildirib ki, hazırda hər hansı yeni təşəbbüs və ya mümkün ittifaq barədə danışmaq tezdir:

“Düşünürəm ki, hər hansı təşəbbüs və ya buna bənzər məsələlərdən danışmaq hələ tezdir, çünki bizim birdən çox platformamız var. Qətər bu platformalarda iştirak edir və öz fəaliyyətini həyata keçirir.”

O, həmçinin qeyd edib ki, Qətərlə sözügedən ölkələrin liderləri arasında münasibətlər çox yaxşıdır və tərəflər arasında gündəlik əlaqələr və təmaslar mövcuddur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki