Putinbackend

Putin: Qərb Rusiyaya qarşı təhdid yaradıb, sonra bunu öz siyasətinə əsas kimi göstərir

Rusiya Prezidenti Vladimir Putin çıxışında Qərb ölkələrinin Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşdığını və hərbi xərcləri artırdığını iddia edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Putinin sözlərinə görə, NATO və Avropa İttifaqı rəhbərləri bu addımları əsaslandırmaq üçün guya Rusiyadan gələn hərbi təhlükə ilə bağlı yanlış bəyanatlardan istifadə edir.

Rusiya lideri bildirib ki, Qərbin fəaliyyət sxemi əvvəlcə Rusiyaya qarşı təhdid yaratmaq, daha sonra Moskvanın özünümüdafiə məqsədilə atdığı addımları əsas gətirərək onu ittiham etməkdən ibarətdir.

Putin çıxışında tarixi paralel də apararaq qeyd edib ki, onun fikrincə, 1941-ci il 22 iyun tarixində SSRİ-yə hücumdan sonra nasist Almaniyası da Sovet İttifaqını və İosif Stalini Qərbə qarşı aqressiyada ittiham etməyə çalışıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki