image-untitled-1backend

Pam Bondi vəzifədən uzaqlaşdırıla BİLƏR – Epşteyn İŞİNDƏ…

Donald Tramp Florida Baş prokuroru Pam Bondinin vəzifədən uzaqlaşdırılmasını müzakirə edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Trampın bu addımı nəzərdən keçirməsinə səbəb onun rəhbərlikdən narazılığı və xüsusilə “Epştein faylları” ilə bağlı proseslərdən məyus qalması olub.

Eyni zamanda, o, mümkün əvəzləyici kimi konqresmen  Li Zeldinin namizədliyini irəli sürüb. Lakin hələlik bu məsələ ilə bağlı yekun qərarın verilmədiyi bildirilir.

Qeyd edək ki, məsələ ABŞ siyasi dairələrində geniş müzakirələrə səbəb olub.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki