Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, gələn həftə Tehrana səfər etməyi planlaşdırır.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, səfərin məqsədi İranın ali dini lideri ilə bağlı ehtiramlarını ifadə etmək və İran xalqı ilə Pakistanın həmrəyliyini bir daha təsdiqləməkdir.
Şərif qeyd edib ki, Pakistan İranı qardaş ölkə hesab edir və İslamabad Tehranla həmrəylik mesajını çatdırmaq niyyətindədir.
Rauf
























