image-5945154123118349713backend

Pakistan BƏƏ-yə borcunu qaytarmağı planlaşdırır

Pakistan hökuməti Pakistan-ın BƏƏ qarşısında olan 2–3,5 milyard dollar həcmində borcunu 2026-cı ilin aprel ayının sonuna qədər ödəməyi planlaşdırır.

İNFOAZ.MEDİA xəbər verir ki, bu borcun tərkibində əsasən 2 milyard dollarlıq mərkəzi bank depoziti də yer alır. Rəsmi mənbələr bildirir ki, BƏƏ regional gərginliklərin artması fonunda ödənişlərin vaxtında həyata keçirilməsini tələb edir.

İslamabadın bu öhdəliyi yerinə yetirməsi ölkənin maliyyə sabitliyi və beynəlxalq maliyyə münasibətləri baxımından mühüm addım kimi qiymətləndirilir. Borcun qaytarılması ilə bağlı prosesin yaxın aylarda daha da aydınlaşacağı gözlənilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki