Yunanıstanın müdafiə naziri Nikos Dendias silahlı qüvvələrin modernləşdirilməsində yeni texnologiyaların, xüsusilə pilotsuz sistemlərin (PUA) inteqrasiyasının vacibliyini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazir bildirib ki, yeni texnologiyalar ordunun döyüş qabiliyyətinin artırılması üçün zəruridir və onların tətbiqi gecikdirilə bilməz.
“Xüsusilə pilotsuz sistemlər başda olmaqla, yeni texnologiyaların inteqrasiyası həyati əhəmiyyət daşıyır. Əgər bu texnologiyaları ordumuza inteqrasiya etməsək, missiyamızı yerinə yetirə bilməyəcəyik”, – deyə Dendias bildirib.
Onun sözlərinə görə, Yunanıstan bu sahədə müəyyən qədər geridə qalıb və mövcud təhlükələr daha sürətlə inkişaf edib. Buna görə də yeni texnologiyalar silahlı qüvvələrə çox sürətli şəkildə inteqrasiya ediləcək.
Jalə
























