Netanyahubackend

Netanyahu: “Qolan yüksəklikləri bizim torpağımızdır və həmişə bizim olacaq”

İsrailin Baş naziri Benyamin Netanyahu Qolan yüksəklikləri ilə bağlı açıqlama verərək İsrailin əraziyə dair iddiasının dəyişməyəcəyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu deyib ki, Qolan yüksəkliklərində İsrail bayrağı dalğalanır və bundan sonra da dalğalanacaq: “Çünki bu, bizim torpağımızdır. Bu gün bizimdir, yenidən bizimdir və həmişə bizim olacaq.”

Qeyd edək ki, İsrail Qolan yüksəkliklərini 1967-ci ildə Suriyadan ələ keçirib və 1981-ci ildə ərazini faktiki olaraq ilhaq edib. İsrailin suverenliyinə beynəlxalq səviyyədə geniş şəkildə tanınmayan ərazi statusu ilə bağlı mübahisə davam edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki