İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzanın Rəfah bölgəsinə daxil olmaq qərarı ilə bağlı ABŞ-la fikir ayrılığı yaşandığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahunun sözlərinə görə, həmin dövrdə İsrailə Rəfaha daxil olmamaq çağırışları edilib və bunun səbəbi kimi ABŞ tərəfindən silah tədarükünün dayandırılması ehtimalı göstərilib.
“Bizə dedilər: ‘Rəfaha girməyin’. Bilirsiniz niyə bunu dedilər? Çünki ABŞ Prezidenti silah tədarükünü dayandıracağını bildirmişdi”, – deyə Netanyahu bildirib.
Baş nazir əlavə edib ki, o, ABŞ prezidentinə hörmətlə yanaşsa da, İsrailin başqa seçimi olmadığını düşündüyünü deyib.
“Mən dedim: ‘Mən ona çox hörmət edirəm. Müharibənin əvvəlində bizimlə oldu. Amma bizim seçimimiz yoxdur. Biz daxil olacağıq. Lazım gəlsə, dırnaqlarımızla döyüşəcəyik’”, – Netanyahu qeyd edib.
Rauf
























