Netanyahubackend

Netanyahu: Bütün yəhudi icmalarını İsrail torpağına bağlayan ortaq gen aşkar edilib

İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi icmaları üzərində aparılmış genetik tədqiqatlarla bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahunun sözlərinə görə, Aşkenazi, Yəmən, Şimali Afrika və Efiopiya yəhudiləri də daxil olmaqla müxtəlif yəhudi icmaları üzərində aparılan genetik araşdırmalar onların hamısını İsrail torpağı ilə əlaqələndirən ortaq genetik bağın mövcud olduğunu göstərib.

O bildirib ki, bu nəticələr yəhudilərin qədim İsrail torpağı ilə əlaqəsinin olmadığını iddia edən fikirlərə ziddir.

“Müxtəlif yəhudi icmalarının hamısında bizi birbaşa İsrail torpağına bağlayan yəhudi geni var”, – deyə Netanyahu bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki