Nepalın Rasuva bölgəsində baş verən güclü daşqınlar ağır fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 165 nəfərə yüksəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, fəlakət bölgəsində xilasetmə və təxliyə işləri davam etdirilir. İndiyədək 116 nəfər helikopterlər vasitəsilə təhlükəli ərazidən çıxarılıb.
Hazırda axtarış-xilasetmə qrupları itkin düşən 826 nəfərin müəyyənləşdirilməsi istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirir.
Fəlakətdən sonra 579 turistlə əlaqə saxlamaq mümkün olmayıb. Onların 466-nın xarici ölkə vətəndaşı olduğu bildirilir.
Hakimiyyət orqanları bölgədə vəziyyətin nəzarətdə saxlanılması və itkinlərin axtarışının sürətləndirilməsi üçün əlavə qüvvələr cəlb edib.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























