NATO 2026-cı ildə Ukraynaya təxminən 60 milyard dollar dəyərində hərbi yardım göstərməyi planlaşdırır. Bu barədə alyansın baş katibi Mark Rutte məlumat verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rutte bildirib ki, bu yardım Avropa İttifaqının Ukraynaya nəzərdə tutduğu 90 milyard avroluq kredit paketinə əlavə olaraq həyata keçiriləcək.
Məlumata görə, bu maliyyə dəstəyi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və uzunmüddətli hərbi ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
Rauf
























