Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı sülh çağırışı edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Modi bildirib ki, müharibədə keçirilən hər gün bəşəriyyəti geriyə aparır, sülhə doğru atılan hər addım isə bütün insanlığa yeni ümid və ruh yüksəkliyi bəxş edir.
Hindistan lideri vurğulayıb ki, sonsuz müharibələrdən müharibənin başa çatmasına doğru hərəkət etmək lazımdır:
“Bu istiqamətdə irəliləməliyik, çünki bu, bəşəriyyətin rifahı üçün vacibdir”.
Modi bütün məsələlərin mümkün qədər tez dinc yolla həll edilməli olduğunu bildirib.
“Bu, bəşəriyyətin çağırışıdır. Bu, Hindistanın mesajıdır. Qandi və Buddanın torpaqlarının yalnız bir mesajı var: sülh”, – deyə Modi qeyd edib.
Rauf
























