Almaniya kansleri Fridrix Merts Avropa–Çin telekommunikasiya əməkdaşlığı ilə bağlı açıqlama verib və təhlükəsizlik məsələlərinə diqqət çəkib.
İNFOAZ.MEDİA xəbər verir ki, Mertsin sözlərinə görə, Avropa telekommunikasiya şirkətlərinin Çin bazarına çıxışı demək olar ki, yoxdur və bu, qarşılıqlılıq prinsipini sual altına qoyur.
“Avropa telekommunikasiya şirkətlərinin Çin şəbəkələrinə faktiki olaraq çıxışı yoxdur”, – deyə kansler bildirib.
O əlavə edib ki, təhlükəsizliklə bağlı narahatlıqlar da nəzərə alınanda Çin istehsalçılarına Avropa İttifaqı və Almaniya bazarına giriş verilməsi üçün əsas görmür.
“Əgər təhlükəsizlik narahatlıqları da əlavə olunursa, həmin ölkənin istehsalçılarına Avropa İttifaqına və ya Almaniyaya giriş imkanı vermək üçün heç bir səbəb görmürəm”, – Merts qeyd edib.
Jalə
























