image-merzzbackend

Merts: “Almaniya sabit inkişaf üçün bu regionlara dəstəyi davam etdirəcək”

Almaniya kansleri Fridrix Merts Almaniyanın beynəlxalq inkişaf və əməkdaşlıq siyasəti ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Merts bildirib ki, bir gün əvvəl Seneqal Prezidenti ilə görüş keçirib və həmin ölkədə, eləcə də regionda insanların vəziyyəti inkişaf dəstəyinin vacibliyini bir daha göstərib.

“Dünən Seneqal Prezidentini qəbul etdim. Həmin ölkədə və regionda insanların vəziyyətini görəndə anlayırsınız ki, Almaniya Federativ Respublikası kimi firavan bir ölkənin bu regionların sabit şəkildə inkişafına töhfə verməsi nə qədər vacibdir”, – deyə kansler bildirib.

Mertsin sözlərinə görə, Almaniya gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır.

“Biz bunu gələcəkdə də davam etdirəcəyik”, – o əlavə edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki