Angela Merkelbackend

Merkel: “Minsk razılaşması Ukraynaya vaxt qazandırmaq üçün idi”

Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna ilə bağlı 2015-ci ildə imzalanan Minsk razılaşmaları barədə diqqətçəkən açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Merkel bildirib ki, həmin dövrdə Vladimir Putin Ukraynanı asanlıqla ələ keçirə bilərdi və buna ciddi müqavimət göstərmək çətin olardı. Onun sözlərinə görə, Minsk razılaşması əsasən vaxt qazanmaq məqsədi daşıyırdı.

Keçmiş kansler vurğulayıb ki, əsas məqsəd Ukraynanın güclənməsi və mümkün işğalın qarşısının alınması üçün zaman əldə etmək idi. Merkel hesab edir ki, bu yanaşma sayəsində Ukrayna 2021-ci ilə qədər daha hazırlıqlı vəziyyətə gəlib.

O əlavə edib ki, uzunmüddətli perspektivdə Ukraynanın zəbt olunmaması üçün diplomatik səylərin davam etdirilməsi düzgün qərar olub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki