melonibackend

Meloni: İranın nüvə silahı əldə etməsinə imkan verə bilmərik

İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, İran rəhbərliyinin nüvə silahı və nüvə başlıqları əldə etməsinə yol vermək olmaz.

İNFOAZ.MEDİA xəbər verir ki, Meloni qeyd edib ki, bu mövqe yalnız ABŞ, İranın qonşuluğunda yerləşən ölkələr və ya İsraillə bağlı deyil.

Onun sözlərinə görə, İran artıq uzaqmənzilli raket imkanlarına malik olduğunu nümayiş etdirib və bu səbəbdən məsələ daha geniş beynəlxalq təhlükəsizlik kontekstində qiymətləndirilməlidir.

“Biz Ayətullah rejiminin nüvə silahı, xüsusilə də nüvə başlıqları əldə etməsinə imkan verə bilmərik. Biz buna yol verə bilmərik. Bunun nəticələrini qarşılaya bilmərik”, – deyə Meloni vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki