Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İkinci Dünya müharibəsindən sonrakı dövrə münasibət bildirib və bəzi nasist cinayətkarlarının cəzasız qalması ilə bağlı Qərbi tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Medvedevin sözlərinə görə, müharibənin nəticələrinə baxmayaraq, keçmiş müttəfiqlərin dəstəyi ilə müəyyən sayda nasist cinayətkarı məsuliyyətdən yayına bilib.
“İkinci Dünya müharibəsinin nəticələrinə əsasən, keçmiş müttəfiqlər tərəfindən dəstəklənən xeyli sayda nasist cinayətkarı cəzadan yayına bildi”, – deyə o bildirib.
Medvedev bunun səbəbi kimi həmin şəxslərin sonradan Sovet İttifaqına qarşı mübarizədə faydalı hesab edilməsini göstərib.
“Necə? Çünki onlar faydalı hesab edilirdilər və başqalarına Sovet İttifaqına qarşı mübarizədə kömək etdilər. Bu isə Qərbin mənəviyyatının mahiyyətidir”, – Medvedev qeyd edib.
Rauf
























