image-5794041767597379558backend

Mario Draqi və Stripe rəhbəri Avropanın texnoloji rəqabət qabiliyyətini artırmaq üçün qrup yaradıblar

Avropa Mərkəzi Bankının keçmiş prezidenti Mario Draqi və Stripe şirkətinin baş direktoru Patrik Kollison Avropa İttifaqında islahatların həyata keçirilməsi məqsədilə “Rhine Group” adlı özəl təşəbbüs yaradıblar.

İNFOAZ.MEDİA xəbər verir ki, qrupun əsas məqsədi Draghinin 2024-cü ildə hazırladığı rəqabətqabiliyyətlilik hesabatındakı təklifləri konkret Avropa İttifaqı islahatlarına çevirməkdir.

Təşəbbüsün hesabatında bildirilir ki, dünyanın 50 ən böyük texnologiya şirkətindən yalnız 4-ü Avropadadır. Həmçinin gələcək onillikləri formalaşdıracaq yeni texnologiyaların hər birində Avropanın zəif mövqedə olduğu vurğulanır.

“Rhine Group”a iqtisadiyyat, texnologiya və siyasət sahələrindən təxminən 55 nüfuzlu şəxs daxildir. Onların arasında Nobel mükafatı laureatları, Shopify və Klarna şirkətlərinin təsisçiləri, Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves və “Financial Times” qəzetinin baş redaktoru Roula Xələf də var.

Bununla yanaşı, təşəbbüs artıq tənqid olunur. Tənqidçilər Avropanın rəqabət qabiliyyətini artırmağı hədəfləyən qrupun İsveçrədə qeydiyyatdan keçməsinə və saytının tamamilə ABŞ infrastrukturunda yerləşdirilməsinə diqqət çəkirlər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki