Emmanuel Makron İran barədə sərt fikirlər səsləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, İran rejimi ilə bağlı ciddi fikir ayrılıqları var və bu ölkə “çox pis rejimdir”, lakin vəziyyətin yalnız bombardmanlar və ya hərbi əməliyyatlarla həll olunacağına inanmır.
Makron qeyd edib ki, İraq, Əfqanıstan və Liviya nümunələri göstərir ki, bu cür müdaxilələr uzunmüddətli nəticə verməyib.
O, həmçinin insanların suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, əgər xalqlar rejim dəyişikliyi istəyirsə, bunu özləri müəyyən etməlidirlər.
Rauf
























