Macarıstanın yeni hökuməti Rusiyanı rəsmi olaraq “təhdid” kimi qiymətləndirib və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Baş nazir Peter Magyarın imzaladığı və BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyası üçün hazırlanmış sənəddə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü pislənib. Sənəddə həmçinin Ukraynanın özünümüdafiə hüququ tanınıb və Rusiyanın davranışının Macarıstan, Avropa və beynəlxalq nizam üçün təhlükə yaratdığı bildirilib.
Bu mövqe Viktor Orbanın uzun illər davam edən Moskva ilə yaxın münasibətlərinə əsaslanan siyasətindən ciddi dönüş kimi qiymətləndirilir. Orban hökuməti dövründə Budapeşt Rusiyaya qarşı Aİ tədbirlərinə dəfələrlə mane olub və Ukraynaya hərbi dəstəklə bağlı digər Avropa ölkələri ilə fikir ayrılığı yaşayıb.
Bununla belə, Macarıstan hələ də Ukraynaya silah göndərmir və Rusiya ilə enerji müqavilələri qüvvədə qalır.
Jalə
























