Piter Siyyarto Macarıstan parlamentində çıxışı zamanı bildirib ki, Avropa İttifaqı liderləri qurumu hərbi alyansa çevirməyə və Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çalışırlar.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Aİ Ukraynaya maliyyə və hərbi dəstəyi artıraraq bu strategiyanı həyata keçirir. Siyyarto qeyd edib ki, son illərdə Kiyevə milyardlarla avro ayrılıb və gələcəkdə bu məbləğin daha da artırılması planlaşdırılır. O, həmçinin Böyük Britaniya və Fransanın Ukraynaya qoşun göndərilməsi ilə bağlı razılıq verdiyini iddia edib və Almaniya ilə Fransa liderlərinin açıqlamalarına toxunub.
Nazir vurğulayıb ki, hazırkı Macarıstan hökuməti bu planlarda iştirak etməyəcək və Ukraynaya maliyyə dəstəyi göstərməyəcək.
Rauf
























