image-website-salam-el-zaataribackend

Livanla bağlı atəşkəs iddiaları: İran mənbəsi razılıq olduğunu deyir, İsrail isə təkzib edir

Livanla bağlı mümkün atəşkəsə dair ziddiyyətli məlumatlar yayılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, İsrail və Livan arasında bu gecədən etibarən bir həftəlik atəşkəsin başlanması gözlənilir. Məlumata görə, bu addımın İranın təzyiqi nəticəsində mümkün olduğu və atəşkəsin İran–ABŞ xəttindəki mövcud müvəqqəti razılaşma ilə eyni müddətə uyğunlaşdırıldığı qeyd olunur.

Lakin İsrail tərəfi bu iddiaları rədd edib. İsrailin yüksək vəzifəli rəsmisi bildirib ki, hələlik Livanla bağlı heç bir atəşkəs qərarı qəbul olunmayıb və ordunun əməliyyatları davam edir.

Məlumata görə, İsrail hökumətinin təhlükəsizlik kabineti bu axşam məsələni müzakirə etmək üçün toplanacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki