Almaniyanın Leypsiq/Halle hava limanında avqustun 4-də baş verdiyi ehtimal edilən dron hücumunu araşdıran müstəntiqlər şübhəli antena və cinayəti törədən şəxslərin müəyyənləşdirilməsinə kömək edə biləcək bir neçə DNT izi aşkarlayıblar.
İNFOAZ.MEDİA xəbər verir ki, modifikasiya edilmiş dronun üzərində 5G routeri, iki SIM kartı, kamera və əlavə batareya olub. Bu avadanlıqlar dronun uzaq məsafədən məsafədən idarə edilməsinin mümkün olduğunu göstərir.
Dronun üzərində təxminən 600 qram Semtex partlayıcısı da olub. Lakin detonatorun nasaz olması səbəbindən partlayıcı qurğu işə düşməyib.
Rauf
























