image-6044013326695600703backend

Keçmiş Mossad rəhbəri: “Mossad əməkdaşları Fordo nüvə obyektini dəfələrlə gəziblər”

İsrailin kəşfiyyat xidməti Mossadın keçmiş rəhbəri Yossi Kohen bildirib ki, Mossad əməkdaşları İrandakı yeraltı Fordo nüvə obyektinə “dəfələrlə baş çəkərək” onun quruluşunu və fəaliyyətini öyrəniblər. Cohen bu səfərlərin nə vaxt və necə həyata keçirildiyini açıqlamayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Kohen 2025-ci ilin iyununda ABŞ tərəfindən Fordoya endirilən zərbəni də “bütün arzularımın həyata keçməsi” adlandırıb.

O, eyni zamanda İranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatına toxunaraq bildirib ki, “60 faiz zənginləşdirilmiş uran hələ nüvə bombasından çox uzaqdır.”

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki