İtaliyanın Baş naziri Corca Meloni Yaxın Şərqə rəsmi səfərə çıxıb. O, səfər çərçivəsində ilk olaraq Səudiyyə Ərəbistanını ziyarət edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Meloninin tur proqramına həmçinin Qətər və Birləşmiş Ərəb Əmirliklərində səfərlərdə daxildir.
Səfər zamanı regional əməkdaşlıq, enerji təhlükəsizliyi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
RAUF
























