image-6046265126509285339backend

İstanbulda Rusiyanın yük gəmisi qeyri-adi kamuflyajla görüntülənib

Rusiyaya məxsus MECHTA S yük gəmisi İstanbulun Haydarpaşa limanında qeyri-adi hərbi-dəniz üslublu “dazzle” kamuflyajı ilə görüntülənib.

İNFOAZ.MEDİA xəbər verir ki, gəminin üzərindəki bu kamuflyajın Ukraynanın hava və dəniz dronları tərəfindən hədəflənməsini çətinləşdirmək məqsədi daşıdığı ehtimal olunur.

“Dazzle” kamuflyajı gəminin ölçüləri, forması və hərəkət istiqaməti barədə qarşı tərəfin düzgün qiymətləndirmə aparmasını çətinləşdirmək üçün istifadə edilən vizual naxışlardan ibarətdir.

MECHTA S-nin İstanbulda bu cür kamuflyajla görüntülənməsi Rusiyanın kommersiya gəmilərinin mümkün Ukrayna dron hücumlarına qarşı əlavə müdafiə tədbirləri görməyə başladığını göstərir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki