image-israil-11backend

İsrailin İrana qarşı ilkin planında kürd qüvvələrinin ölkəyə daxil olması nəzərdə tutulub

İsrailin İrana qarşı keçirdiyi əməliyyatla bağlı ilkin planın hava zərbələrindən sonra kürd qüvvələrinin ölkəyə daxil olmasını nəzərdə tutduğu iddia edilir.

İNFOAZ.MEDİA xəbər verir ki, İsrailin 13-cü Kanalının məlumatına görə, əməliyyat çərçivəsində minlərlə kürd döyüşçüsü İsraildə təlim keçib. Planın əsas məqsədinin rejimə qarşı daha geniş etirazların başlamasına şərait yaratmaq olduğu bildirilir.

Lakin kampaniyanın başlamasından bir neçə gün sonra Ağ Evin İsrailə kürd qüvvələrinin irəliləyişini dayandırmaq göstərişi verdiyi iddia olunur. Buna səbəblərdən birinin Türkiyənin bu plana qarşı çıxması olduğu qeyd edilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki