İsrail və Venesuela diplomatik münasibətlərin 2009-cu ildə kəsilməsindən sonra ilk dəfə rəsmi koordinasiya mexanizmi yaratmaq barədə razılığa gəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, razılaşmaya əsasən, iki ölkə arasında konsulluq xidmətlərinin göstərilməsini təmin edəcək əlaqə kanalı yaradılacaq. Tərəflər həmçinin Venesuelada baş vermiş zəlzələlərdən sonra başlayan texniki və humanitar əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Bu addım İsrail və Venesuela arasında 17 illik diplomatik fasilədən sonra münasibətlərin bərpası istiqamətində ən mühüm rəsmi təmaslardan biri hesab olunur.
Jalə
























