Benyamin Netanyahu ABŞ prezidenti Donald Tramp ilə telefon danışığından sonra İsrailin Livandakı hərbi əməliyyatlarına dair siyasəti dəyişib.
İNFOAZ.MEDİA xəbər verir ki, bundan sonra Livanın paytaxtı Beyrutda həyata keçiriləcək hər bir zərbə üçün xüsusi icazə tələb olunacaq və bu icazələrə şəxsən Netanyahunun təsdiqi də daxil olacaq.
İsrailli rəsmi bildirib ki, rəsmi atəşkəs elan edilməsə də, hücumların intensivliyi əhəmiyyətli dərəcədə azaldılıb və əməliyyatlar daha sərt siyasi nəzarət altına alınıb.
Yeni qaydaların regionda gərginliyin idarə olunmasına və mümkün eskalasiyanın qarşısının alınmasına yönəldiyi qeyd olunur.
Jalə
























