İspaniyanın Baş naziri Pedro Sançez beynəlxalq ictimaiyyəti Livandakı vəziyyətlə bağlı sərt mövqe tutmağa çağırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Sançez bildirib ki, “Livanın yeni bir Qəzzaya çevrilməsinə icazə verilməməlidir” və beynəlxalq hüququn pozulması qarşısında Avropanın vahid və ardıcıl şəkildə hərəkət etməsi vacibdir.
Onun sözlərinə görə, Avropa öz mövqeyində ardıcıl olmasa, qlobal səviyyədə etibarlılığını itirə bilər və digər ölkələrin də dəstəyini qazana bilməz.
Bəyanat Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Avropa İttifaqının mövqeyi ilə bağlı müzakirələri daha da gücləndirib.
Rauf
























