image-spanish-prime-minister-pedro-sanchezbackend

İspaniya Baş naziri: “Miqrantlara qarşı silahlı müdaxilə barbarlıq olardı”

İspaniyanın Baş naziri Pedro Sançez Seutada yaşanan miqrant böhranı ilə bağlı müxalifətin mövqeyini sərt şəkildə tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Sançez bildirib ki, müxalifət lideri böhrana faktiki olaraq silahlı cavab verilməsini təklif edib.

“Bu, mənə görə, tamamilə barbarlıqdır”, – deyə İspaniya hökumətinin başçısı bildirib.

O vurğulayıb ki, söhbət “işğalçılardan” getmir:

“İlk növbədə ona görə ki, biz işğalçılardan danışmırıq. Söhbət, əksər hallarda, daha yaxşı həyat və sərhədin digər tərəfində sahib olmadıqları imkanları axtaran insanlardan gedir. Çünki sərhədin hər iki tərəfində sosial bərabərsizlik mövcuddur”.

Sançez miqrasiya məsələsinin hərbi vasitələrlə deyil, sosial və humanitar yanaşmalarla həll edilməli olduğunu bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki