İranın Neft naziri Möhsin Paknejad ABŞ ilə neft və təbii qaz sahəsində əməkdaşlıq imkanlarının olduğunu açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, nazir bildirib ki, Tehran və Vaşinqton arasında bu sahədə müzakirələr davam edir və hər iki tərəf potensial əməkdaşlıq yollarını qiymətləndirir.
Paknejad qeyd edib ki, ABŞ ilə enerji sektorunda əməkdaşlıq ehtimalı mövcuddur və “hər şey mümkündür”, lakin bu əməkdaşlığın praktik olaraq həyata keçirilib-keçirilməyəcəyi hələ dəqiqləşməyib. Nazir, prosesin çox sayda diplomatik və texniki amillərə bağlı olduğunu vurğulayıb və iki ölkənin enerji sahəsində dialoqunun gələcəkdə hansı nəticə verəcəyinin diqqətlə izlənildiyini bildirib.
Rauf
























