Financial Times-ın məlumatına görə, ABŞ-ın müdafiə naziri Pete Hegseth İranla mümkün müharibədən əvvəl hərbi sənayeyə milyonlarla dollar sərmayə yatırmağa cəhd etməkdə şübhəli bilinir.
İNFOAZ.MEDİA xəbər verir ki, İddialara əsasən, onun brokeri əməliyyatlardan bir neçə həftə əvvəl hərbi podratçılarla əlaqəli fonda böyük həcmdə investisiya etməyə çalışıb. Lakin texniki səbəblərdən bu razılaşma baş tutmayıb və başqa yatırımların olub-olmadığı məlum deyil.
Pentaqon isə ittihamları qəti şəkildə təkzib edərək, məlumatları əsassız və yanıltıcı adlandırıb.
Rauf
























