image-266155backend

İran ABŞ-a məxsus F-15E qırıcısını çiyindən buraxılan raketlə vurub 

2026-cı ilin aprelində İranın ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E qırıcısını ölkənin cənubunda çiyindən buraxılan yer-hava raketi ilə vurduğu bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, “The New York Times”ın məlumatına görə, İran bu hücum zamanı Ukraynada istifadə olunan taktikalara bənzər üsuldan yararlanıb. Belə ki, dronlar qırıcının GPS mövqeyini, sürətini və hərəkət istiqamətini müəyyənləşdirərək məlumatları İran komandirlərinə ötürüb.

Məlumata görə, təxminən 60 milyon dollar dəyərində olan təyyarənin ekipajının raketin zərbəsindən əvvəl cəmi yarım saniyəlik xəbərdarlıq vaxtı olub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki