Elon Maskbackend

İlon Mask: Qərb dəyərlərinə zidd baxışlarla gələnlərin əleyhinəyəm

Amerikalı milyarder İlon Mask müsəlmanlara qarşı olub-olmaması ilə bağlı suala cavab verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Mask bildirib ki, onun etirazı hər hansı dinə deyil, yaşadığı ölkənin dəyərlərinə zidd baxışlarla gələn insanlara yönəlib.

“Əgər insanlar bir ölkəyə onun dəyərlərinə tam zidd baxışlarla gəlirlərsə, mən buna qarşıyam. Zorlama və qətlin əleyhinəyəm. Qərbdə qəbul etdiyimiz qayda və qanunlara zidd normaların tətbiqinə də qarşıyam,” – deyə Mask bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki