ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Ukraynadakı müharibənin sona çatdırılması üçün Prezident Donald Trampın Kiyevə daha güclü dəstək verməli olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Klintonun sözlərinə görə, Tramp Rusiyaya və Prezident Vladimir Putinə qarşı daha sərt mövqe nümayiş etdirməlidir:
“Ukraynadakı müharibəni bitirməyin ən sürətli yolu Trampın Ukraynanın tərəfində daha qətiyyətli mövqe nümayiş etdirməsidir. Təəssüf ki, onun bunu edəcəyini düşünmürəm. Putinin onun üzərində hansı təsiri varsa, Tramp Putini tənqid etməyə və ona qarşı uzunmüddətli güc mövqeyi nümayiş etdirməyə özünü məcbur edə bilmir.”
Klintonun açıqlaması Ukrayna müharibəsi ilə bağlı ABŞ-ın siyasəti ətrafında müzakirələrin davam etdiyi bir vaxtda səslənib. Son həftələrdə Kiyev Rusiyanın ərazisinə uzaqmənzilli zərbələri artırıb, eyni zamanda Ukrayna hava hücumundan müdafiə sistemləri, xüsusilə Patriot raketləri üzrə çatışmazlıqla üzləşir.
Rauf
























