image-media-heqset-mk6iwnbackend

Heqset: ABŞ Hörmüz boğazında İrana zərbələri istisna etmir

ABŞ-ın müdafiə naziri Pit Heqset Vaşinqtonun İran ətrafında və Hörmüz boğazında hərbi zərbələr endirmək variantını istisna etmədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Heqset jurnalistlərə açıqlamasında ABŞ-ın hərbi əməliyyatlarının hazırda dayandırılmadığını deyib.

“Lazım gələrsə, kinetik zərbələrdən istifadə edəcəyik. İran ABŞ ordusuna qarşı addımlarını həddindən artıq artırsa, lazımi tədbirləri görəcəyik”, – deyə Heqset bildirib.

O vurğulayıb ki, Vaşinqton Hörmüz boğazında və İran ətrafında mümkün hərbi zərbələrdən heç bir halda imtina etmir. Eyni zamanda, Heqset hazırda İrana qarşı iqtisadi təzyiqin daha təsirli olduğunu qeyd edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki