Ukraynanın əsas müdafiə texnologiyaları şirkətlərindən biri olan “General Chereshnya” 2026-cı ilin iyul ayında “Delta/e-points” sistemində yenidən ən yüksək nəticəni göstərib.
İNFOAZ.MEDİA xəbər verir ki, şirkətin dronlarının ümumilikdə 16 mindən çox hava hədəfini məhv etdiyi bildirilir. Bunların təxminən 13 mini sabitqanadlı PUA, 3 mini isə FPV və helikopter tipli dronlar olub.
“General Chereshnya” ümumi məhv edilmiş hədəflərin sayına görə 2-ci, gündüz zərbələri üzrə 2-ci, gecə FPV hədəflərinin məhv edilməsinə görə isə 3-cü yeri tutub.
Şirkətin AIR Speed və Bullet dron-müdaxilə sistemlərinin ayrıca təxminən 300 “Shahed” tipli PUA-nı ələ keçirdiyi bildirilir.
Jalə
























