Ukraynanın keçmiş müdafiə naziri Fedorovun korrupsiyaya qarşı mübarizəni əsas prioritet elan edəcək siyasi partiya yaratmağa təşviq olunduğu bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, The Times qəzetinin məlumatına görə, bəzi siyasi müşahidəçilər Fedorovu gələcəkdə Ukrayna prezidentliyinə potensial namizəd kimi görürlər.
Nəşr qeyd edir ki, Fedorovun artan populyarlığı və Prezident Volodimir Zelenskinin keçmişdə nüfuz qazanan bəzi müttəfiqlərini hökumətdən uzaqlaşdırması ilə bağlı formalaşan təsəvvür, onun vəzifədən kənarlaşdırılmasının əslində potensial rəqibini zəiflətmək əvəzinə daha da gücləndirmiş ola biləcəyi barədə ehtimalları artırıb.
Rauf
























