Ukraynanın Müdafiə naziri Mixail Fedorov bildirib ki, Rusiya ordusu Ukrayna ərazisində hücum əməliyyatları zamanı böyük itkilər verir.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, hazırda Rusiya qüvvələri orta hesabla işğal etdikləri və ya hücum etdikləri hər bir kvadrat kilometrə görə 254 hərbçi itirir. Donetsk istiqamətində isə bu rəqəm daha yüksəkdir və təxminən 428 hərbçiyə çatır.
Fedorov qeyd edib ki, bu itkilər Rusiyanın mobilizasiya imkanlarını da üstələyir və cəbhədə hər metrin “çox baha başa gəldiyini” göstərir.
Rauf
























