image-images-14backend

Eyzənkot: İsrail hərbi uğurları diplomatik və beynəlxalq nəticələrə çevirə bilmədi

İsrailin keçmiş Baş Qərargah rəisi Gadi Eyzənkot ölkəsinin müharibə zamanı əldə etdiyi hərbi nəticələri diplomatik və beynəlxalq uğurlara çevirə bilmədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Eyzənkot qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbi nailiyyətləri diplomatik müstəvidə lazımi nəticələrə gətirib çıxarmayıb.

“Biz IDF-nin hərbi nailiyyətlərini diplomatik və beynəlxalq nailiyyətlərə çevirə bilmədik”, – deyə Eyzənkot bildirib.

O, İsrailin hazırda beynəlxalq arenada bunun əvəzini “böyük qiymət” ödəməklə verdiyini vurğulayıb.

Eyzənkot baş verənləri “müstəsna dərəcədə ədalətli müharibə” kimi qiymətləndirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki