Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstin siyasətini sərt şəkildə tənqid edərək onu “aparteid və irqçilik” kimi qiymətləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan bildirib ki, yalnız Fələstinli məhbuslara ölüm hökmünün tətbiqi mahiyyət etibarilə ayrı-seçkilikdir və hüququn irqçi avtoritarizmin alətinə çevrilməsi deməkdir.
O həmçinin qeyd edib ki, Knesset tərəfindən qəbul edilən qərarlar Fələstin xalqına qarşı inkar, dağıntı, zülm və siyasi repressiyanın davamıdır.
Türkiyə Prezidenti əlavə edib ki, bu siyasətləri Cənubi Afrikada 1994-cü ildə ləğv edilmiş aparteid rejimi ilə müqayisə etmək mümkündür və hətta daha sərt sistemin formalaşması riskini yaradır.
Rauf
























