Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal resurs mübarizəsi ilə bağlı diqqətçəkən açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Dövlət başçısı bildirib ki, ötən əsrdə əsas qarşıdurmalar neft və digər mədən yanacaqları üzərində qurulsa da, qarşıdakı dövrdə əsas münaqişə səbəbi su ehtiyatları olacaq. Ərdoğanın sözlərinə görə, artıq regionda və dünyada baş verən hadisələr bu tendensiyanın ilkin əlamətlərini göstərir.
Prezident vurğulayıb ki, iqlim dəyişikliyi, su resurslarının azalması və artan tələbat gələcəkdə dövlətlər arasında gərginliyi daha da artıracaq. O, bu səbəbdən su ehtiyatlarının düzgün idarə olunmasının və beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.
Rauf
























