Ərdoğanbackend

Ərdoğan Avropa İttifaqı ilə bağlı açıqlama verib

Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzvlük prosesi ilə bağlı açıqlama verib.

İNFOAZ xəbər verir ki, Ərdoğan Türkiyənin Avropa İttifaqına tam üzvlük hədəfini qoruduğunu bildirib və Aİ-dən hazırkı “istiqamət böhranını” aradan qaldırmağı gözlədiklərini qeyd edib.

O vurğulayıb ki, Avropa İttifaqı qurucu liderlərin vizyonuna sadiq qalmalı və bu prinsiplər əsasında fəaliyyətini davam etdirməlidir.

Qeyd edək ki, Türkiyə–Aİ münasibətləri uzun illərdir üzvlük danışıqları və siyasi dialoqlar fonunda davam edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki