İranın xarici işlər naziri Abbas Əraqçi İsraili sərt şəkildə tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, İsraildəki hərbi qüvvələr dərman şirkətlərini hədəf alır və bunu “açıq şəkildə və utanmadan” həyata keçirirlər. Əraqçi bu addımların niyyətinin bəlli olduğunu qeyd edərək, müdafiəsiz mülki əhaliyə qarşı davranışları pisləyib.
Nazir həmçinin İranın silahlı qüvvələrinin təcavüz hallarına qarşı sərt cavab verəcəyini vurğulayıb.
Jalə

























