image-5963034613137476887backend

Çin İranı ABŞ-la danışıqlara təşviq edib – SƏBƏBİ AÇIQLANDI

Çin İranla ABŞ arasında müharibə fonunda pərdəarxası diplomatik addımlar ataraq Tehranın Vaşinqtonla danışıqlara başlamasına təsir göstərib.

İNFOAZ.MEDİA xəbər verir ki, Pekin bu addımı ilə həm beynəlxalq arenada diplomatik nüfuzunu artırmağa, həm də Çin lideri Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan görüş öncəsi əlavə rıçaqlar əldə etməyə çalışır.

Bildirilir ki, Çin bu prosesdə əsas vasitəçi olmasa da, İranın danışıqlara cəlb olunmasında müəyyən rol oynayıb və bu, Pekinə siyasi “divident” qazandırıb.

Ekspertlərin fikrincə, Pekinin əsas məqsədi qarşıdakı sammitdə Vaşinqtona təzyiq imkanlarını artırmaqdır. Xüsusilə, Çin ABŞ-ın Tayvan məsələsində mövqeyini dəyişməsinə nail olmağa çalışır və adanı rəsmi olaraq Çinin ayrılmaz hissəsi kimi qəbul etdirmək istəyir.

Qeyd edək ki, Donald Tramp da Çinin İranı danışıqlara təşviq etdiyini bildirib və Pekinin bu prosesdə rolunu etiraf edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki