CENTCOMbackend

CENTCOM: Suriyada İŞİD-in yüksəkvəzifəli lideri öldürülüb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-qərbində həyata keçirilən hava əməliyyatı nəticəsində İŞİD-in yüksəkvəzifəli liderlərindən birinin öldürüldüyünü açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, CENTCOM-un məlumatına görə, iyunun 19-da həyata keçirilən dəqiq hava zərbəsi nəticəsində Əli Hüseyn əl-Üləvi (Ali Husayn al-‘Ulaywi) zərərsizləşdirilib.

Bildirilib ki, əməliyyat ABŞ-ın xaricdəki və ölkə daxilindəki amerikalılara qarşı hücum planlaşdıran terrorçu qrupların fəaliyyətini pozmaq və onları aradan qaldırmaq məqsədi daşıyan davamlı tədbirlərin tərkib hissəsidir.

Açıqlamada həmçinin qeyd olunub ki, CENTCOM regiondakı tərəfdaşlarla birgə fəaliyyətini davam etdirir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki