İbrahim Traore dövlət televiziyasına verdiyi müsahibədə ölkə vətəndaşlarının demokratiya ideyasını “unutmalı” olduqlarını bildirib və demək olar ki, bu idarəetmə formasının Burkina Faso üçün “uyğun olmadığını” vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Traore 2022-ci ildə hərbi çevrilişlə hakimiyyətə gəldikdən sonra əvvəl planlaşdırılan seçkiləri ləğv edib, siyasi partiyaların fəaliyyətini dayandırıb və hakimiyyətini 2029-a qədər uzadıb.
O, demokratiyanı “öldürən” sistem kimi tənqid edib və ölkədə təhlükəsizlik vəziyyəti yaxşılaşmadan seçkilərin mümkün olmayacağını iddia edib.
Rauf
























